Avropa Parlamenti Şengenlə bağlı qərarını açıqladı

Avropa Parlamenti Şengenlə bağlı qərarını açıqladı
14:42 14 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamenti Şengenin ləğv olunması ideyasını dəstəkləmədi
Fransanın sağ milliyyətçi “Milli cəbhə” partiyasının lideri Marin Le Pen Şengen zonasında sərhədləri keçərkən sənədlərin yoxlanılmasını bərpa etməyə çağırıb.

AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, eyni zamanda qaynar nöqtələrə getdikdən sonra cinayət törətmək üçün geri qayıdanlardan Avropa pasportlarının alınması təklifi ilə də çıxış edən Marin Le Pen kütləvi və nizamsız immiqrasiyanın öz ideyaları ilə bəzi Fransa əyalətlərini zəhərləyən islam fundamentalçılarına sərf etdiyini deyib.

Buna baxmayaraq, Strasburqdakı sessiyada bir çox avropalı deputatlar Avropa İttifaqı (Aİ) daxilində hərəkəti məhdudlaşdırmağı insan hüquqlarına qəsd kimi qiymətləndiriblər. Onların arasında demokratiya və azadlığı nəinki terrorçulardan, eyni zamanda daxildəki aşınmadan da qorumağın vacib olduğunu bildirən niderlandlı liberal Sofi in Tveld də var.

Almaniyalı siyasi analitik Asem əl Diafraui administrativ tədbirlərin sərtləşdirilməsinin Avropa İttifaqında radikallığı ram etməyəcəyini qeyd edib.

Almaniya və İtaliya vizasız şengen rejiminin ləğv olunmasının əleyhinə çıxış ediblər. Avropa İttifaqına sədrlik edən Latviya isə bu məsələni Aİ-nin dövlət və hökumət başçılarının fevralda gözlənilən görüşünün gündəliyindən çıxarıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR