Hindistanda spirtli içkidən ölənlərin sayı 50 nəfərə çatıb

Hindistanda spirtli içkidən ölənlərin sayı 50 nəfərə çatıb
07:12 23 Fevral 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Hindistanın şimal-şərqində keyfiyyətsiz spirtli içkidən zəhərlənmə nəticəsində azı 50 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü yerli polis nümayəndəsinə istinadən "Associated Press" məlumat yayıb.
Bildirilir ki, daha 50 nəfərə yaxın şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Polisin məlumatına görə, zəhərlənənlər əsasən Assam ştatındakı çay plantasiyalarının işçiləri olublar. Onlar keyfiyyətsiz likyor içiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-spirtli-ickiden-olenlerin-sayi-50-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR