Android-də "Geriyə" düyməsi ləğv edilə bilər

Android-də "Geriyə" düyməsi ləğv edilə bilər
07:32 23 Fevral 2019
Ölkə mətbuatı
A- A+

"Android" əməliyyat sisteminin yenilənmiş versiyasında, ehtimal ki, "Geriyə" düyməsi ləğv ediləcək. "XDA Developers" portalının proqramçılarının fikrincə, "Google"un əməliyyat sisteminin idarəetməsi altında işləyən cihazların sahibini jestlərlə idarə sistemində xeyli dəyişiklik gözləyir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni "Android Q" sisteminin kodunu təhlil edən mütəxəssislər bu qənaətə gəliblər.
 
Ekspertlərin fikrincə, indi "Geriyə" əmri yeni "iPhone" modellərində olduğu kimi yerinə yetiriləcək. Bundan başqa, keçidlərin animasiyası daha rəvan və sürətli olacaq.
 
"Android" sistemində jestlərlə idarəetmə sistemi ilk dəfə 2018-ci ildə "Pie" əməliyyat sisteminin təqdim olunması ilə əlçatan olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/732741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR