Azərbaycan meşələri ilə bağlı daha bir mühüm qərar: Bundan sonra...

Azərbaycan meşələri ilə bağlı daha bir mühüm qərar: Bundan sonra...
11:05 23 Fevral 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda meşə ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə aparılan tədbirlər çərçivəsində meşələrdə turistlərin hərəkəti üçün müvafiq cığırlar qoyulacaq, istirahət üçün yerlər müəyyənləşdiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

O qeyd edib ki, hazırda meşələrin rekreasiya təzyiqi normalarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Azərbaycanda meşə fondunun turizm potensialının geniş olduğunu söyləyən S.Salmanov dağ turizminin inkişaf perspektivlərinin olduğunu vurğulayıb.

Sektor müdirinin sözlərinə görə, artıq Qusar, Quba, Göygöl, Şəki, Qax, GədəbəyDaşkəsəndə turizm marşrutları mövcuddur:

"Bu yerlərdə turizm potensialından istifadə olunur. Yeni hazırlanan Milli Meşə Proqramı çərçivəsində isə işlər davam etdiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/733250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR