Saxta həkim qadını bu hala saldı

Türkiyə, İstanbul Bakırköydə özünü həkim olaraq tanıtdığı 3 qadının bədənlərindən aldığı yağı (Liposuction) üzlərinə ineksiya edərək üzlərində və bədənlərində qalıcı izlər buraxan Banu Altıntaş (41) fırıldaqçılıq və şüurlu yaralama suçundan 9 il həbs cəzası ilə yanaşı 21 min lirə də pul cəzası alıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Altıntaş daha əvvəl Qiymət Qayaya eyni əməliyyatı edib üzündə sabit iz buraxdığı səbəbiylə haqqında açılan iddiada isə dəlil qeyri-kafiliyindən bəraət edibmiş.

Banu Altıntaşın "mən əslində həkim deyiləm, diplomları internetdən endirdim '' etirafı isə şok edib.

Mühakimə etmə əsnasında Tekirdağ Ağır Cəza Məhkəməsində təlimatla ifadə verən Altıntaş, Filiz Çetin'le əlaqədar polisdə verdiyi ifadəsini təkrar etdiyini və detalları xatırlamadığını söyləyib. Altıntaş digər iki qadınla əlaqədar ittihamları qəbul etmədiyini, özünü həkim olaraq tanıtmadığını və yalnız üzlərinə ozon müalicəsi tətbiq etdiyini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR