Türklər "Qarabağ"ın ulduzunu əlindən alırlar?!

Türklər "Qarabağ"ın ulduzunu əlindən alırlar?!
14:47 14 Yanvar 2015
125 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın son zamanlarda parlayan makedoniyalı ulduzu Muarem Muaremin Türkiyə Super Liqa klublarından olan "Əskişəhərspor"un maraq dairəsinə düşüb. Futbolçunun da bu keçidə isti münasibət bəslədiyi söyləntiləri dolaşır. Hətta Türkiyə mətbuatı artıq iki klub arasında şifahi razılaşmanın əldə olunduğunu belə yazır.

Bu haqda Milli.Az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirdi ki, heç bir razılaşma əldə olunmayıb: "Türklər, bəli, Muaremlə maraqlanır və heyətlərində görmək istəyirlər. Amma nəzərə alaq ki, onun bizimlə hələ 6 aylıq müqaviləsi var. Həm də heç bir razılaşma olmayıb. Bunlar şayiədir. Yaxın günlərdə Muaremin məsələsinə aydınlıq gələcək".

Niyaməddin Şirinov
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR