“İnter”dən Mauro İkardiyə böyük jest - İllik 6,5 milyon avro...

“İnter”dən Mauro İkardiyə böyük jest - İllik 6,5 milyon avro...
17:22 23 Fevral 2019
78 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "İnter" klubu hücumçusu Mauro İkardiya illik 6,5 milyon avro məvacib təklif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milan təmsilçisi 26 yaşlı hücumçunun ilinə 6,5 milyon avro müqabilində dördillik sözləşməyə qol çəkməsini istəyib. Argentinalı forvard isə 7,5 milyon avro məvacib və yüksək bonuslarla razılıq əldə etməyə ümid edir.

İtaliya təmsilçisinin İkardi ilə yeni müqaviləyə dair danışıqlarının davam etdiyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Mauro İkardi "İnter"də kapitanlıq sarğısından məhrum edilib və bir neçə oyunda iştirak etməyib. Oyunçunun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Futbolçu ilinə 4,5 milyon avro qazanır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/733388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR