İranda çərəz qiymətləri kəskin artıb

İranda çərəz qiymətləri kəskin artıb
20:37 23 Fevral 2019
126 Dünya
Ölkə mətbuatı
A- A+

İranda meyvə və tərəvəzin ixracının artması qiymətlərin bahalaşmasına səbəb olub.

Bu barədə İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargar yerli mətbuata müsahibəsində deyib. Onun sözlərinə görə, ticarətçilər birbaşa kəndlərə gedərək istehsalçıdan tərəvəzi alır və ixrac edir. Bu daxili bazara çıxarılan məhsulun həcmini azaldır və nəticədə qiymətlər yüksəlir. Ə.Kargar deyib ki, İranın cənubu il boyu meyvə və tərəvəz yetişdirilən yeganə yerdir. Ötən il aramsız yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Məhsuldarlıq aşağı düşüb ki, bu da bahalaşmada öz rolunu oynayıb.

Hazırda Tehran bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min realdır (2 ABŞ dolları).

Xatırladaq ki, son dövrlər İranda yüksək inflyasiya və qiymətlərin bahalaşması müşahidə olunur. Müxtəlif ədviyyatların, xurmanın, püstə və digər çərəz növlərinin qiymətləri kəskin artıb. Ən çox bahalaşan isə ərzaq məhsullarıdır.

Artıq şəkər tozu, qənd, düyü və başqa ərzaq mallarının ixracına qadağa qoyulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/733176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR