Çoxlu kredit götürdüyü üçün valideyndən küsmək olarmı?

Çoxlu kredit götürdüyü üçün valideyndən küsmək olarmı?
20:57 23 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Faizli kredit götürmək böyük günahlardandır. "Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", - dedi. (Muslim, 4177).
Həmçinin, borcu oğlu ödədiyi üçün onun və ailəsinin də haqqına girmiş sayılır. Bununla belə, günah iş görməsinə baxmayaraq valideyni incitmək, cəzalandırmaq üçün ondan küsmək və s. haramdır. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23).
Milli.Az zikr.az-a istinadən bildirir ki, belə olan halda ona gözəl şəkildə günahın böyüklüyünü izah etmək, Allahdan qorxmağa çağırmaq, haqqa dəvət etmək lazımdır. İbrahim peyğəmbərin atası bütlərə sitayiş etməsinə baxmayaraq İbrahim (aleyhis-sələm) onunla ən gözəl əxlaqla danışıb onu günahdan çəkindirməyə çalışırdı. Uca Allah buyurur: "Bir zaman o, atasına demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu. Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan". (Məryəm, 42-45).
Ancaq günah işlər əmr edərlərsə, hətta valideyn olsa belə haramlarda heç bir bəndəyə itaət etmək olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095).
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/731807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR