Vergi orqanlarının apardıqları nəzarət tədbirlərinin sayı azalıb

Vergi orqanlarının apardıqları nəzarət tədbirlərinin sayı azalıb
21:32 23 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Ötən il vergi orqanları tərəfindən 15 min 612 nəzarət tədbiri keçirilib. Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq aparılan bu tədbirlər nəticəsində 20,8 milyon manat maliyyə sanksiyası hesablanıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Milli.Az-a bildirilib ki, 2018-ci ildə nəzarət tədbiri keçirilməli olan vergiödəyicilərinin düzgün müəyyən edilməsi nəticəsində hər tədbirə düşən maliyyə sanksiyasının məbləği artıb. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması üzrə 2017-ci ildə keçirilmiş 611 tədbir zamanı 749,9 min manat sanksiya tətbiq edildiyi halda, keçən il bu göstərici 9,3 dəfə azalaraq 66 olub. Tətbiq edilən sanksiyaların məbləği isə 5,2 dəfə artaraq 3 milyon 891,6 min manata çatıb.

Xronometraj tədbirləri zamanı bir təsərrüfat subyektində orta günlük dövriyyə 2018-ci ildə 130 faiz artaraq 769 manatdan 1767 manata çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/733443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR