Sədaqət iş adamına ərə gedir - AÇIQLAMA - FOTO

Sədaqət iş adamına ərə gedir - AÇIQLAMA - FOTO
04:32 24 Fevral 2019
299 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Əməkdar mədəniyyət işçisi Ulduz Sönməzin qızı, müğənni Sədaqət Quliyeva (Ulduz) nişanlanmaq xəbərindən danışıb.

Milli.Az bildirir ki, sənətçi "ölkə.az"-a açıqlamasında xəbəri təsdiqləyib. Bildirib ki, ailə quracağı şəxs Türkiyədə yaşayan azərbaycanlı iş adamıdır:

"Əvvəldən tanışlığımız olmayıb. O məni efirdən tanıyıb. Sonra ortaq tanışlar vasitəsilə ailə qurmaq istədiyini bildirib. Toyumuz mart ayında olacaq. Hazırda başqa işlərlə əlaqədar Moskvadayam".

Qeyd edək ki, Sədaqət Ulduz sosial şəbəkədə "Həyat sevdiklərinlə gözəldir" şərhini yazaraq üzüyünü fotosunu paylaşmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/733297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR