ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var

ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var
05:47 24 Fevral 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da ikinci təyyarə qəzası baş verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Massaçusets ştatında qeydə alınıb.
Mensfild aeroportu ərazisində yüngül mühərrikli "Cessna 172" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.
Həmçinin bildirilir ki, təyyarə yerə düşən vaxtı partlayıb və yanıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, bu, ABŞ-da ikinci təyyarəsi qəzasıdır. Daha əvvəl "Atlas Air" hava şirkətinə məxsus "Boeing 767" yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cessna-172-teyyaresinin-qezaya-ugramasi-neticesinde-2-nefer

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR