"Barselona"nın ulduz futbolçusu Avropa nəhənglərinin hədəfində

"Barselona"nın ulduz futbolçusu Avropa nəhənglərinin hədəfində
05:58 24 Fevral 2019
117 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç Avropanın 4 klubunun diqqət mərkəzindədir.

Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Paris Sen-Jermen”, "Bavariya", "İnter" və "Mançester Yunayted" maraqlanır. Rakitiçin “Barselona” ilə yeni müqavilə bağlamağı sual altındadır. “İnter” klubunun xorvatiyalı yarımmüdafiəçiyə 3 illik müqavilə və 6,5 milyon avro məvacib təklif etdiyi iddia olunur.

Hollandiyanın “Ayaks” komandasından Frenki de Yonqu heyətinə qatan “Barselona”nın Rakitiçlə müqaviləni yeniləməkdə maraqlı olmadığı söylənilir.

Qeyd edək ki, Rakitiç cari mövsümdə “Barselona”nın heyətində 34 oyunda 4 dəfə fərqlənib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/270651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR