Elmir Vəlizadə: Azərbaycanda elektron xidmət portalından istifadə genişlənir

Elmir Vəlizadə: Azərbaycanda elektron xidmət portalından istifadə genişlənir
14:53 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın yerli icra hakimiyyəti orqanları “Elektron hökumət” portalına qoşulacaqlar. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, hazırda “Elektron hökumət” portalına ölkənin 46 mərkəzi icra hakimiyyəti orqanı qoşulub: "Yerli icra hakimiyyəti orqanlarının qoşulması elektron xidmət portalının inkişafının növbəti mərhələsi çərçivəsində nəzərdə tutulub. Müvafiq sənədlərin hazırlanması istiqamətində iş gedir".

Nazir müavini Azərbaycanda kompüter texnikasının istehsalına başlanması məsələsini şərh edərkən bildirib ki, bu layihə hazırlıq mərhələsindədir, bundan sonra onun reallaşdırılması istiqamətində konkret işlərin görülməsinə başlanacaq.

Söhbət "Acer" kompüter texnikası istehsalına başlanmasından gedir.

Respublikada istehsalata KÜR kompüter texnikası istehsalı zavodu ilə birlikdə başlanması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR