İsmayıllıda şəhid anıldı

İsmayıllıda şəhid anıldı
14:57 14 Yanvar 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

Vətən şəhidləri ilə Vətən olur. Belə şəhidlərdən biri də Mirzəyev Zəfər Bəyi oğludur.

Bu gün şəhidin yaxınları onun məzarı başına toplaşıb, xatirəsini yad ediblər. "KANAL S" ( Region TV) xəbər verir ki, Zəfər Mirzəyev 1968-ci ildə İsmayıllıda dünyaya göz açıb. Hərbi xidmətini Rusiyada başa vurub. Xidmətdən qayıtdıqdan sonra valdeynlərinin israrına baxmayaraq, könüllü olaraq Füzuli rayonu uğrunda gedən döyüşlərə qoşulub. Döyüşlərdə böyük şücaətlər göstərib, erməni tərəfinə böyük itkilər yaşadıb. 1994-cü ilin yanvarında Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Valideynləri, yaxınları, döyüş yoldaşları onunla fəxr etdiklərini, şəhidlərin ölmədiyini, daim ehtiramla yad olunduqlarını bildirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR