Azərbaycanda 3 uşaq atası sükan arxasında öldü - FOTO

Azərbaycanda 3 uşaq atası sükan arxasında öldü - FOTO
15:05 14 Yanvar 2015
109 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az CTV-yə (Region tv-yə) istinadən bildirir ki, Salyan rayonunda sükan arxasında oturan sürücü ürək tutmasından dünyasını dəyişib. İdarə etdiyi avtomobili isə yolun kənarında dayanmış maşına çırpılıb.

Hadisə bu gün səhər saatlarında Salyan şəhərinin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb. Belə ki, rayonun Stansiya yaşayış massivinin sakini, 47 yaşlı Asiman Tağıyev idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə şəhər mərkəzinə doğru hərəkət edərkən anidən idarəetməni itirib. Avtomobil yolun kənarında dayanmış Etibar Hümbətova məxsus "Mersedes" markalı maşına çırpılıb. Nəticədə "VAZ-21015"in ön hissəsi əzilib. Sürücü isə rəngi boğulmuş halda sükan arxasında dünyasını dəyişib.

Sürücünün meyidi daxili və xarici müayinə olunmaq üçün hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Patoloji Anatomiya Birliyinin Salyan rayonlararası zona mərkəzinə  aparılıb.

Yaxınlarının dediyinə görə, 3 uşaq atası olan Asiman Tağıyev 10 il imiş ürək ağrısındn müalicə olunurmuş. Faktla bağlı araşdırma aparılır.

Milli.Az




Foto: anspress



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR