Apple şirkəti Pullstring-i alıb

Apple şirkəti Pullstring-i alıb
08:37 26 Fevral 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Pullstring - səs köməkçiləri üçün proqramların tərtibatı üzrə startup.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu, şirkətə Siri səs köməkçisinin imkanlarını daha da genişləndirməyə və Amazon Alexa və Google Assistent ilə rəqabət aparmağa imkan verəcəkdir.

Pullstring 2011-ci ildə keçmişdə Pixar şirkətinin əməkdaşları olan bir qrup tərtibatçılar tərəfindən təsis edilmişdir. Şirkət Hello Barbie kimi interaktiv səs proqramlarının tərtibatı üzrə çalışıb.

Daha sonra, şirkət, öz fəaliyyətini IoT məhsulları üzərinə yönəldərək, Amazon Alex və Google Assistent üçün proqramlar tərtib etməyə başlayır.

Pullstring  CRV, Greylock, True Ventures, Khosla Ventures və First Round  Capital kimi fondlardan 44 milyon dollar cəlb edib.

Müqavilənin dəyəri açıqlanmır.

Bu razılaşma, Apple şirkətinə Siri səs köməkçisinin bacarıqlarını və proqramlarını  təkminləşdirməyə imkan verəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/733276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR