Yaşlı kişi avtobusa qumbara atdı (VİDEO)

Yaşlı kişi avtobusa qumbara atdı (VİDEO)
15:26 14 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Çində qeyri-adi hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, 77 yaşlı təqaüdçü Vanq Şikhao avtobus sürücüsü tərəfindən təhqir edilib. Yaşlı kişi bu təhqirlərə dözə bilməyib və sürücüyə qumbara atıb.

Avtobusdakı təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərdə yaşlı adamın bu addımı əks olunub. Çinli qocanın qumbaranı atmasından sonra kiçik bir partlayışın baş verib. Avtobusdakı sərnişinlər partlayışdan sonra təşvişə düşüblər.

Yaşlı adam avtobus sürücüsünün sözlərinə bərk əsəbləşdiyini və buna görə ondan intiqam almaq qərarı verdiyini bildirilib.

Partlayış zamanı avtobus sürücüsü yaralanıb. Avtobusa isə maddi ziyan dəyməyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR