Bu çörəyin 34 "yaşı" var - FOTO

Bu çörəyin 34 "yaşı" var - FOTO
08:03 28 Fevral 2019
127 Digər
Ölkə mətbuatı
A- A+

Tacikistan vətəndaşı Umarali Zulfov bir neçə il Özbəkistanın qədim Səmərqənd şəhərində müəllim işlədikdən sonra Düşənbəyə qayıdarkən özü ilə Səmərqənd çörəyi də aparır.

Publika.az xəbər verir ki, U.Zulfov Səmərqəndə, onun insanlarına hörmət əlaməti olaraq çörəyi qurudub saxlayır. Artıq 34 ildir ki, Səmərqənd çörəyi müəllimin evində bərəkət rəmzinə çevrilib.

“Səmərqənd çörəyi mənim evimə xeyir-bərəkət gətirib. Odur ki, bundan sonra da bərəkət rəmzi kimi bu çörəyi qoruyacağam”, - deyə U.Zulfov bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/271114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR