Xoşbəxt Yusifzadəyə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verildi

Xoşbəxt Yusifzadəyə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verildi
15:32 14 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev X.B.Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR