Yüksək Texnologiyalar Parkı Beynəlxalq Sertifikatlı Proqram Təminatının Test Olunması üzrə təlim təşkil edir

Yüksək Texnologiyalar Parkı Beynəlxalq Sertifikatlı Proqram Təminatının Test Olunması üzrə təlim təşkil edir
15:36 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yüksək Texnologiyalar Parkı “Keytorc” şirkəti ilə birgə ISTQB Beynəlxalq Sertifikatlı Proqram Təminatının Test Olunması üzrə təlim təşkil edir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təlim 28-30 yanvar tarixində Bakıda keçiriləcək.
Təlimlər “Proqram Təminatının Test olunmasının əsasları”, “Test ssenarilərinin (Test Case) hazırlanması, yazılması və sənədləşdirilməsi”, “Test mühitinin hazırlanması (Test Laboratoriyası)”, “Test verilənlərinin (Test Data) idarə olunması”, “Proqram Təminatının İnkişaf Mərhələsində Testin Əhəmiyyəti”, “Fərqli proqram təminatı inkişafı modellərinə Testin inteqrasiyası (Waterfall, Spiral, RAD, Extreme Programming,V-Model, Agile, Scrum və s.)”, “Test səviyyələri (Unit, Sistem, İntegration, User Acceptance)”, “Test növləri (Functional, Performance, Structural, Regression)”, “Test Texnikaları”, “Qara Qutu Test Texnikaları (Equivalence Class Partitioning, Boundary Value Analysis, Decision Table Testing, State Transition Test, Use Case Testing)”, “Ağ Qutu Test Texnikaları (Control Flow, Statement Testing, Decision Testing, Cyclomatic Complexity)”, “İncələmə Test Texnikası (Exploratory Test Techniques)” və sair mövzuları əhatə edəcək. 
 
Bundan başqa təlim iştirakçıları “Statik Test Texnikaları”, “Testlərin Avtomatlaşdırılması Vasitələri”, “Təlimdə istifadə ediləcək tətbiqi tapşırıqlar”, “Test planının hazırlanması”, “Test ssenarisinin hazırlanması (Test Case)”, “Funksional Test nümayişi”, “Performans Test nümayişi” və “Testin Avtomatlaşdırılmasının nümayişi” kimi istiqamətlər üzrə bacarıqlara yiyələnəcəklər.
 
Aynur Vəliyeva
 
 
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34757-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR