Deputatlar itkin düşdü

Deputatlar itkin düşdü
15:36 14 Yanvar 2015
143 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Dövlət Dumasının deputatları Antarktidada itkin düşüblər.

ANS PRESS-in məlumatına görə, deputatlar Aleksandr Sidyakin və Oleq Savçenko Sidyakin Yeni il gəzintisi üçün Antarktidaya səfər ediblər. Ancaq sonradan onlarla əlaqə qurmaq mümkün olmayıb.

Aleksandr Sidyakinin köməkçisi deputatın Twitter hesabından məlumat yayaraq bildirib ki, deputatlar hələ də əlaqəyə çıxmayıblar. Deputatın köməkçisi bədbəxst bir hadisənin baş verəcəyindən ehtiyatlandığını qeyd edib.

Deputatların Antarktidaya səfəri zamanı güclü külək və şaxtanın olması bədbaxt hadisənin ola biləcəyi ehtimallarını artırır.

Qeyd edək ki, deputatların ciddi planları var idi. Duma nümayəndələri Antarktidada yüksək bir zirvəyə çıxaraq ora Rusiya bayrağı sancmağı hədəfləyirdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR