Avstriyada bilavasitə peyvənd öhdəliyinin tətbiqi təklif olunur

Avstriyada bilavasitə peyvənd öhdəliyinin tətbiqi təklif olunur
07:22 1 Mart 2019
124 Dünya
Ölkə mətbuatı
A- A+

Vyana Həkimlər Palatası ölkə üzrə bilavasitə peyvənd öhdəliyinin tətbiq edilməsinə çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son dövrlərdə bir sıra epidemiyaların tədricən yayılması fonunda Vyana Həkimlər Palatası əhalinin peyvəndlərə qarşı həssaslığını artırmaq üçün təkliflər irəli sürüb. Əhali arasında peyvəndlərə qarşı mənfi münasibət bir tərəfdən xəstəliklərin yayılmasına səbəb olur, digər tərəfdən isə peyvəndlərin könüllülük prinsipi əsasında vurulması əhalidə məcburiyyət hissi yaratmır. Palatanın təklifləri sırasında 14 yaşınadək uşaqlar üçün tələb olunan peyvəndlər ailənin uşaqpulu və digər müavinətləri ilə uzlaşdırılmalıdır. Belə ki, siyahıdakı peyvəndləri etdirməyən ailələrə dövlət tərəfindən həmin müavinətlərin verilməsi dayandırılmalıdır: "Bu, cəza deyil, xəstəliklərə qarşı zəif uşaqların qorunması tədbiri olmalıdır", - deyən Həkimlər Palatası İdarə Heyətinin üzvü Rudolf Şmitsberqer bilavasitə öhdəlik təklifini müdafiə edib. Onun sözlərinə görə, əhalinin maarifləndirilməsi istiqamətində danışmaq problemin həllini sürətləndirmir, konkret təsirlərə malik tədbirlər əhalinin peyvəndə meyilliliyini təmin edə bilər. Motivasiya və mükafatlandırma tədbirlərindən də imtina edən ailələrin övladları uşaq bağçalarına qəbul edilməyə bilər. O, hazırda ABŞ-da və İtaliyada bir sıra ali məktəblərdə peyvənd təsdiqnaməsinin tələb olunduğunu nümunə göstərib.

Palatadan təkliflərlə bağlı verilən açıqlamada, həmçinin qeyd edilib ki, ilkin baxışdan sərt görünən bu tələblər ictimai sağlamlığı qorumaq üçün insanlarda öhdəliklər hissini aşılamaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/734880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR