Sərxoş vəziyyətdə 30 cüt ayaqqabı oğurladı - FOTO

Sərxoş vəziyyətdə 30 cüt ayaqqabı oğurladı - FOTO
15:23 1 Mart 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzəndə oğurluq etmiş şəxs tutulub.

Publika.az DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupuna istinadən xəbər verir ki, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayon ərazisində yerləşən Elnur Abdullayevə məxsus geyim mağazasının saxlanc yerindən 30 cüt kişi və qadın ayaqqabıları oğurlayaraq, zərərçəkənə min manata qədər maddi ziyan vurmaqda şübhəli bilinən 48 yaşlı Mais Nəzərov saxlanılıb.

Dindirilmə zaman M.Nəzərov oğurluq hadisəsini içkili halda törətdiyini, oğurladığı ayaqqabıları Sumqayıt şəhərində dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib.

M.Nəzərov əvvəllər dəfələrlə oğurluq etdiyinə görə həbs olunub.

Faktla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/271292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR