Kənd təsərrüfarı naziri Sabirabadda vətəndaşlarla görüşüb

Kənd təsərrüfarı naziri Sabirabadda vətəndaşlarla görüşüb
17:37 1 Mart 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabadda vətəndaşları qəbul edib.
Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, qəbul Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında keçirlilib. Qəbuldan əvvəl nazir binada yaradılmış şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Daha sonra isə İ.Kərimov Neftçala, Sabirabad, Saatlı, Hacıqabul, Salyan rayonları, Şirvan şəhəri və digər rayonlardan olan 69 vətəndaşı qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. 
DAİM-də “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 77 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib.
İ. Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.


Xəbərin orijinal ünvanı: https://report.az/ask/kend-teserrufari-naziri-sabirabadda-vetendaslarla-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR