Tünzalə Ağayeva 2015-ci il üçün planlarından danışıb

Tünzalə Ağayeva 2015-ci il üçün planlarından danışıb
15:46 14 Yanvar 2015
351 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayeva 2015-ci il üçün planlarını açıqlayıb.

Axşam.az saytının əməkdaşına danışan sənətçi bildirib ki, avropalı ifaçı ilə beynəlxalq duet hazırlayacaq:

"Bu il planlarım çoxdur. İyunda Bakıda keçiriləcək İlk Avropa Oyunlarının atıcılıq üzrə ulduz elçisi seçildim. Mən və həmkarlarım böyük tarixi hadisənin bir hissəsi olacağıq. "Bakı 2015"lə bağlı xeyli tədbirlər gözlənilir. Yeni duetlər hazırlayıram. Bir avropalı ifaçı ilə beynəlxalq duetimiz baş tutacaq".

T.Ağayeva həmçinin “Sənə məna yoxdursa, get” adlı yeni mahnısına çəkilən klipin hazır olduğunu bildirib:

"Bəstə kliplə birlikdə təqdim ediləcək. Lirik bir musiqidir. Sözləri hörmətli şairimiz Rəşad Məcidə məxsusdur. Bu işdən gözləntilərim çoxdur. İnanıram ki, yaxşı olacaq".

Sərvər MEHTİYEV



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR