Bakıda yol polisini maşınla sürüdülər (VİDEO)

Bakıda yol polisini maşınla sürüdülər (VİDEO)
15:46 14 Yanvar 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol polisini maşıan vurub. Bu barədə məlumatı ANS PRESS-ə hadisə şahidləri veriblər. Şahidin sözlərinə görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Caz mərkəzin qarşısında, Rəşid Behbudov küçəsində işıqforun yaşıl işığında gözləyərkərn qarşıdan kapotunda polis olan maşın gəldiyini görüb. Avtomobil bir necə metr polisi sürüklədikdən sonra o yerə düşüb.

Sürücü isə ona yardım etmək əvəzinə sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb.

Baş verənlər avtomobildəki videoreqistratorla anbaan lentə alınıb.

ANS PRESS bu görüntüləri təqdim edir:

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR