Deputat: "Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində insan amili durduğunu bir daha sübut etdi"

Deputat: "Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində insan amili durduğunu bir daha sübut etdi"
15:47 14 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə də humanist addım atdı. Prezidentin tapşırığına əsasən, Tarif Şurasının növbədənkənar iclasının keçirilməsi, neft məhsullarının qiymətlərinə yenidən baxılması və tariflərin tənzimlənməsi barədə yeni qərarın qəbul edilməsi dövlət başçısı İlham Əliyevə olan etimad və inamı daha da artırdı”.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, bu cür tapşırıq verməklə Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha sübut edib: “Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah və firavan yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarda ilk olaraq məhz insanları düşünür. Elə bu məqamda xatırlatmaq yerinə düşər ki, dəfələrlə cənab İlham Əliyevin bu cür humanist addımlarının şahidi olmuşuq. Ölkə əhalisinin mavi yanacağa görə olan borcunun silinməsi, keçmiş SSRİ banklarında qalmış əmanətlərin qaytarılması və s. misal olaraq göstərilə bilər”.

Deputat vurğulayıb ki, ölkə başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi xalqımızın ona göstərdiyi etimadı fəaliyyəti boyunca doğruldur və növbəti addım da bunun bir nümunəsi oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR