Kanal S rəqəmsal yayıma keçəcək

16:12 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində bu ilin ortalarına kimi anoloq yayım tamamilə dayandırılacaq. Paytaxt kanalları ilə yanaşı, bölgə kanalları da mərhələli şəkildə rəqəmsal yayıma keçəcək. Bununla da vətəndaşlar yerli kanalları daha keyfiyyətli şəkildə izləmək imkanı əldə edəcəklər.
Kanal S (Region TV) xəbər verir ki, bu yaxınlarda digər regional televiziyalar kimi, "Kanal S" də rəqəmsal formatda yayımlanacaq. Bunun üçün artıq müvafiq ötürücülər də quraşdırılıb, müvafiq işlər görülüb. Öz növbəsində, kanalın tezliklərinin analoq yayımına son veriləcək. Söz yox ki, indiyədək "Kanal S" i adi antenna ilə izləyən vətəndaşların bir çoxu üçün bu xəbər heç də gözlənilən deyil.

Belə ki, rəqəmsal formatı dəstəkləməyən televizorlarda artıq dekoder adlanan qurğunun quraşdırılması zərurəti ortaya çıxacaq. Bu isə əlbəttə ki, əlavə xərc deməkdir. Hələ ki, sakinlər məsələdən xəbərsizdirlər. Bu qurğulara tələbatda heç bir dəyişikliyin olmaması da buna sübutdur. Əlbəttə ki, vəziyyət belə davam etməyəcək. Analoq yayımın dayandırılması ilə sakinlər çıxış yolu axtarmağa məcbur olacaqlar.
Qeyd edək ki, "Kanal S"in efirinin parametrləri dəyişməyəcək. Şəki şəhərində 51, Təpəcənnətdə 54, Zaqatala və İsmayıllıda 21-ci kanalda yayımlanacaq.

Milli.Az

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/319035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR