Rusiya bayrağı tapdalandı (FOTO)

Rusiya bayrağı tapdalandı (FOTO)
16:36 14 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində Rusiya əleyhinə aksiyalar güclənib.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları 6 nəfəri öldürməkdə şübhəli bilinən hərbçi Valeri Permyakovu Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verməyi tələb ediblər. Aksiyada İrəvandan da gəlmiş yüzlərlə sakin iştirak edib. Sakinlər avtomobillə Rusiyanın Gümrüdəki baş konsulluğu binasına yürüş ediblər. Aksiya iştirakçıları Rusiya bayrağını ayaqlar altına ataraq tapdalayıblar.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə Avetisyanov ailəsinin altı üzvü güllələnərək öldürülmüşdü. Sonradan qətli Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən törədildiyi məlum olmuşdu. Bundan sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar alovlanmışdı. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsini istəyənlərdən də var idi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR