Erməni rus savaşı başlayır

Erməni rus savaşı başlayır
16:46 14 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya artıq bir neçə dəfə bu cür hadisələrlə rastlaşıb, özü də əksər hallarda bu müharibəyə səbəb olub.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi Naira Hayrumyan Gümrüdə rus əsgəri tərəfindən erməni ailəsinin qətl edilməsi xəbərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, dünyanın indiki əsas münaqişələri qəribə şəkildə Rusiyanın hərbi bazalarının yerləşdiyi ərazilərə düşür. "2007-ci ildə Rusiyanın bazaları Gürcüstandan çıxarıldı və 2008-ci ildə "beşgünlük müharibə" oldu, Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıdı. 2013-cü ildə Rusiya Tartusdakı hərbi bazasını itirdi və indiyə kimi Suriya münaqişəsində tərəflərin birini tutur. 2014-cü ildə Rusiya Qara dənizdəki hərbi-dəniz bazasını itirməmək üçün Krımı ilhaq elədi və Donbasa girdi", - deyə Hayrumyan vurğulayıb.

Şərhçinin fikrincə, Kreml yaxın zamanlarda Ermənistanın ilhaqı barədə addımlar ata bilər: "Rusiya anlayır ki, bazasının olması onun Ermənistanda və regionda mövcudluğuna zəmanət vermir. Bu məntiqə görə, Rusiya öz yurdiksiyasını bütün Ermənistan ərazisinə genişləndirmək istəyir".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR