Nazir müavini: "Son üç ayda 52 meşə işçisi işdən çıxarılıb"

Nazir müavini: "Son üç ayda 52 meşə işçisi işdən çıxarılıb"
16:47 7 Mart 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ "Təəssüflər olsun ki, imtahan verib təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğundan onlarla əməkdaşlığı davam etdirə bilmədik. Bununla bağlı Şəkidə, Masallıda, Şamaxıda, Lənkəranda regional idarə rəislərini çıxardıq".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, onların qarşısına meşələrin qorunması əsas vacib məqsəd kimi qoyulmuşdu: "Hələ də bu barədə bizim çətinliyimiz var. Vandalizm halları baş verir ki, bu, təkcə Nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil. Nazirliyin imkanı yoxdur ki, hər ağacın altına bit əlisilahlı adam qoysun, hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik".
"Oğuz rayonun Calud kəndi, Buxaz kəndlərində kömürbasma geniş yayılıb. Hətta həmin kəndlərdə yaşayanlar öz övladlarını da təhlükəyə atırlar. Bundan əlavə, Qəbələ rayonunun Həmzəli kəndində meşə qənimi olan şəxs var. Biz onu cərimələsək də, əməlindən əl çəkmir. Eyni zamanda Calud kəndində nömrəsiz maşınlar. Onlar yalnız ağac kəsməklə məşğul olurlar. Qəbələdə Avrıq və Masallının Yelağac kəndlərində qanunsuz kömürbasma yerləri var. Təəssüflər olsun ki, etimad göstərdiyimiz şəxslər özlərini doğrultmadılar. Təkcə ötən ilin dekabr ayından bəri 52 nəfər meşə işçisi uzaqlaşdırmışıq. Əgər cinayət tərkibi varsa, hüquq mühafizə orqanlarına məlumat vermişik", - deyə nazir müavini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/son-uc-ayda-52-mese-iscisi-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR