Pentaqona yeni rəhbər gəlir

Pentaqona yeni rəhbər gəlir
16:56 14 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Daily Caller saytında "Ashton Carterin "Qafqaz məsələsi: Azərbaycana Vaşinqtonda inam, möhkəmlik lazımdır" başlıqlı yazı dərc edilib.

ANS PRESS-in məlumatına görə, yazıda deyilir ki, Ashton Carter dünyada çalxalanma getdiyi bir vaxtda Pentaqon rəhbərliyinə gəlir.

Onun qarşısında narahat Çin ordusu, Rusiyanın Ukraynadakı əməlləri, "İslam Dövləti" silahlı qruplaşmasının yaratdığı təhlükə və s. çətin məsələlər durur. Bunların arasında Cənubi Qafqazdakı problemlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də var.

Yazıda vurğulanır: "Ashton Carterin gəlişi Bakı ilə Vaşinqton arasında yeni əməkdaşlıq cəhdlərində mühüm rol oynaya bilər. Özü də elə bir vaxtda ki, rəsmilər Vaşinqtonun qarşılıqlı faydalı tərəfdaşlığa sadiqliyi məsələsinə dair suallar qaldırırlar. A.Carterin belə bir yanaşması siyasətdən yayınma deyil, hərbi münasibətlərin möhkəmləndirilməsi haqqında vədlərin yerinə yetirilməsi olur."

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR