Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
18:17 8 Mart 2019
50 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyanın "Ayaks" klubunun futbolçusu Duşan Tadiç Çempionlar Liqasında həftənin futbolçusunun müəyyənləşdirilməsi üçün səsvermədə qalib olub.

Milli.Az Report-a istinadən bildirir ki, serbiyalı hücumçu İspaniya "Real Madrid"i ilə 1/8 final mərhələsinin cavab görüşündə qol və məhsuldar ötürmə ilə yadda qalıb. Nəticədə Amsterdam komandası 4:1 hesabı ilə qalib gələrək, iki oyunun yekununda 1/4 finala yüksəlib.

Tadiç səsvermədə İngiltərə "Tottenhem"inin qapıçısı Uqo Lyorisi, "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunu və Portuqaliya "Portu"sunun forvardı Mussa Mareqanı keçib.

Qeyd edək ki, bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin digər cavab görüşlərində "Tottenhem" Almaniyada "Borussiya" (Dortmund) üzərində 1:0 hesablı qələbə qazanıb, "Mançester Yunayted" Fransada PSJ-ni, "Portu" isə evdə İtaliya "Roma"sını 3:1 hesabı ilə yenib. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/737248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR