Ürək-damar xəstəliyi cavanlaşıb

17:05 14 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Son zamanlar ürək-damar xəstəliklərinin sayı artmaqla yanaşı həm də bu xəstəliyə daha çox cavanlarda rast gəlinir. Yəni ürək-damar xəstəliyi cavanlaşır. Bunun üçün də kardioloqlar həyacan təbili çalır. Bəs bu xəstəliyi yaradan səbəblər hansıdı, bundan necə qorunmaq olar?

Kəpəz Televiziyasına (Region TV) verilən xəbərə görə, Gəncə şəhər Kardioloji Xəstəxanasında 2013-cü ildə 1800 ürək-damar xəstəsi qeydiyyata alınmışdısa, ötən il bu rəqəm artaraq 2000 olub. Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb.

Fəxrəddin Namazov
, Gəncə şəhər Kardioloji Xəstəxanasının baş həkimi: “İndi artıq 50-60 yaşına düşən infarktlı xəstələr 45-50 faizə düşüb. Cavan adamların, məsələn, 30 yaşına, 35 yaşına kimi götürsək, bunlar artıq 15-20-yə gəlib çıxıb. Bu isə onu göstərir ki, bu xəstəlikdə cavanlaşma gedir”.

Ürək-damar xəstəliyinin yaranmasının bir çox səbəbləri var. Buna görə də həkimlərin tövsiyələrinə daima əməl edilməlidi.

Faxrəddin Namazov: “Yağlı yemək olmaz, hərəkətdə olmaq lazımdır. Hər bir normal insan gündə 5-10 km yeriməlidir. Siqaret atılmalıdır, alkoqollu içkilərdən qaçmaq lazımdır. Çalışmaq lazımdır ki, stressdən aralı gəzilsin. Çünki infarktın əmələ gəlmə səbəblərindən biri də stresslərdir”.

Belə xəstəliklər insan orqanizmində gizli şəkildə inkişaf edir. Ona görə də bir qrup insanlar infarktı ayaqüstü keçirir.
Həkimlərin sözlərinə görə, vaxtlı-vaxtında müayinə vacib olan amillərdəndi. Çünki müayinələr gələcəkdə baş verə biləcək ürək-damar xəstəliyinin qarşısını alır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR