Gürcüstandan marixuana gətirən şəxs saxlanıb

Gürcüstandan marixuana gətirən şəxs saxlanıb
13:32 9 Mart 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan "Scania" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı sürücü oturacağının üzərində, avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yataq dəstinin altından gömrük nəzarətindən gizlədilmiş bir ədəd kağız bükülünün içərisində çəkisi 4 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustandan-marixuana-getiren-sexs-saxlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR