Gürcüstanda 250-ə yaxın azərbaycanlının təhsil aldığı universitet bağlanıb

Gürcüstanda 250-ə yaxın azərbaycanlının təhsil aldığı universitet bağlanıb
22:07 9 Mart 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi. 9 mart. REPORT.AZ/ Tbilisidə fəaliyyət göstərən özəl Gürcüstan-Avropa Universitetinin akkreditasiyası ləğv olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, ali məktəbin avtorizasiyadan keçmək üçün son tarix bu ilin avqustunda başa çatsa da, universitetdə tədris prosesi mart ayının 4-dən etibarən dayandırılıb.
Tələbələr ali məktəbin akkreditasiyasının ləğv olunmasına etiraz edirlər. Bununla bağlı tələbə özünüidarəetmə qurumunun üzvləri mətbuat konfransı keçiriblər. Onlar universitetdə tədris prosesinin bərpasını tələb ediblər.
Bildirilib ki, 2013-cü ildə təsis olunan Gürcüstan-Avropa Universitetində hazırda 500-ə yaxın tələbə təhsil alır. Onların təqribən 250-si Azərbaycan vətəndaşıdır.
Tələbə özünüidarəetmə qurumunun üzvləri məsələ ilə bağlı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyində görüş keçiriblər. Gələn həftə ali məktəb nümayəndələrinin parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin üzvləri ilə görüşəcəyi gözlənilir.
Gürcüstan-Avropa Universitetinin tələbələri qeyd ediblər ki, ali məktəbin akkreditasiyasının bərpa olunması istiqamətində hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, hazırda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 124 nəfər təşkil edir. Onların 470-i dövlət, 1 654-ü isə özəl universitetlərdə təhsil alır.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/gurcustanda-250-azerbaycanlinin-tehsil-aldigi-universitet-baglanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR