Zövqsüzlük Messiyə 2 milyon gətirdi (FOTO)

Zövqsüzlük Messiyə 2 milyon gətirdi (FOTO)
17:16 14 Yanvar 2015
214 İdman
Ölkə mətbuatı
A- A+

FIFA "Qızıl top" mükafatını son iki ildə əzəli rəqibi Ronaldoya verən Messi madii vəziyyətini gün gündən yaxşılaşdırır. İndi o pula pul demir.

Ulduz futbolçu ötən il "Qızıl top"a görə, geyindiyi smokin qarşılığında 1 milyon avro almışdı. Messi ənənəsinə bu il də sadiq qalıb. Ötən il gecəyə zoğalı kostyum geyinən oyunçu bu il qırmızı geyimdə iştirak edib.

Kostyumun üzəri daşlarla və qara sətin parçadan olan cizgilərlə bəzədilib. Messi köynəyi və daşlı qoy düymələri ilə təzadlı görüntü yaradıb. Amma Messinin bu zövsüzlüyü onun sərvətinə sərvət qatıb. Belə ki, Sürixdəki bir gecə üçün o 1 milyon avro qazanıb.

Bununla da Lionel Messinin "Dolce Gabbana"dan bu tip mərasimlər üçün istənilən geyimlərin müqavbilində külli miqdarda pul aldığı bir daha təsdiqlənib.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR