“Heç vaxt gəncliyimi yaşamadım” - Məleykə

“Heç vaxt gəncliyimi yaşamadım” - Məleykə
17:21 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Məleykə Əsədova “Xəzər” kanalında yayımlanan “Yeri gəlmişkən” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa atasını itirdikdən sonra yaşadığı çətinliklərdən danışıb:

“Atam dünyasını dəyişəndə 16 yaşım var idi. Özümdə güc topladım, gənc qız olsam da, ailənin bütün yükünü öz çiyinlərimə götürdüm. Universitet illərində hərə öz gəncliyini yaşayırdı, dərsdən çıxıb bulvara gəzməyə gedirdi. Mən isə dərsdən sonra rayona gedib toyda oxuyur, səhər tezdən hava işıqlaşmamış şəhərə qayıdırdım, özümü dərsə çatdırırdım. Rayonda sabahadək qız toyları aparırdım. Heç kəs bilmədi ki, mən atasız, qardaşsızam. Lakin buna baxmayaraq, ən gözəl mənzildə kirayə qalır, ən gözəl libasları geyinirdim. Heç vaxt gəncliyimi yaşamadım: bulvara, kinoteatrlara getmədim”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR