Lənkəranda şəxsi təsərrüfatların birində yumurtadan təkqanadlı cücə çıxıb.
ANS TV-nin məlumatına görə, sahibinin göstərdiyi qayğı nəticəsində ölümdən dünən cücə hazırda iki aylıqdır. Qeyri-adi təbiət hadisəsi Lənkəran rayonunun Tütəpeştə kənd sakini ,79 yaşlı Əminə Əliyevanın şəxsi təsərrüfatında qeydə alınıb. Uzun illərdir müxtəlif növdə ev quşlarını saxlamaqla məşğul olan qadının dediyinə görə, yumurtadan çıxan cücələrdən biri təkqanadlı olub.
Hazırda iki aylıq olan cücə digərləri kimi normal qidalanır və hərəkət edir.