Azərbaycan Avropada turizmin inkişafına görə 7-ci olub

Azərbaycan Avropada turizmin inkişafına görə 7-ci olub
14:22 11 Mart 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub. 

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı reytinq cədvəlini Ümumdünya Turizm Təşkilatı (ÜTT) açıqlayıb. 

Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını 20% səviyyəsində qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edərək onu "Yeni Dubay"a bənzədib, neftlə zəngin olan ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən haba çevrildiyini bəyan edib. 

Qeyd edək ki, siyahıya liderliyi San-Morino edir. Növbəti yerlərdə Gürcüstan (2-ci), İsrail (3-cü), Türkiyə (4-cü), İslandiya (5-ci), Makedoniya (6-cı), eləcə də Moldova (8-ci), Bosniya və Hersoqovina (9-cu) və Ermənistan (10-cu) qərarlaşıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/737851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR