Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoхlama oyununu keçirəcək. ANS PRESS-in məlumatına görə, baş məşqçi Elbrus Məmmədov komandasını almanlarla oyunda sınayacaq.
Belə ki, "Xəzər Lənkəran" Almaniyanın "Çemnitzer" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Almaniya III liqasında mübarizə aparan "Çemnitzer" klubu 1966-cı ildə yaradılıb. Karsten Heynenin başçılıq etdiyi komanda qış fasiləsinə 13-cü pillədə yollanıb.
"Xəzər Lənkəran" Almaniyada ilk yoхlama oyununu "Tekirdağspor"a qarşı keçirib və heç-heçəyə razılaşıb - 2:2. Təmsilçimiz yanvarın 17-də "Erciyəsspor" (Türkiyə), 21-də "Nürnberq"lə qarşılaşacaq. Ayın 25-də baş tutacaq oyundakı rəqib hələ bəlli deyil.
Antalya
Yoxlama oyunu
14 yanvar
Xəzər Lənkəran (Azərbaycan) - Çemnitzer (Almaniya) 0:0
Xəzər Lənkəran: Vyekoslav Tomiç, Elvin Mirzəyev, İlqar Ələkbərov, İlyas Səfərzadə, Tural Cəlilov, Alfred Sanko, Rahid Əmirquliyev, Kazım Kazımlı, Sadio Tounkara, Ağabala Ramazanov, Elşən Rzazadə.