Ranyeri "Roma"da qələbə ilə başladı

Ranyeri "Roma"da qələbə ilə başladı
07:17 12 Mart 2019
104 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasında 27-ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.

Eysebio Di Françeskonu Klaudio Ranyeri ilə əvəzləyən "Roma" öz meydanında "Empoli"ni qəbul edib. Paytaxt təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb - 2:1.

11 mart

"Roma" - "Empoli" - 2:1
Qol: El Şaaravi, 9 (1:0), Jezus, 12-avtoqol (1:1), Şik, 33 (2:1)

Qeyd edək ki, 27 oyundan sonra xalını 47-ə yüksəldən "Roma" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Empoli" 22 xalla 17-cidir. Turnir cədvəlinə 75 xalla "Yuventus" başçılıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR