131 milyon dollarlıq kokain ələ keçdi - VİDEO - FOTO

131 milyon dollarlıq kokain ələ keçdi - VİDEO - FOTO
10:22 12 Mart 2019
81 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu-Cersi ştatındakı Nyu-Ark şəhərində ümumi çəkisi 1,6 ton olan kokain ələ keçib.

ABŞ-ın Federal Təhqiqat Bürosunun və Britaniya polisinin Cinayətkarlıqla Mübarizə Milli Bürosunun (The National Crime Agency, NCA) birgə hazırlayaraq reallaşdırdıqları əməliyyat nəticəsində aşkarlanmış bu kokain partiyasının "qara bazar"dakı dəyəri 131 milyon dollardır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 60 bağlamadakı kokain Nyu-Arkdan Rotterdama, oradan da Londona çatdırılmalıydı.

Londonda isə bu partiya 15 milyondan artıq "doza"ya bölünərək satışa çıxarılacaqdı.

Kokain Nyu-Ark limanındakı yük konteynerlərindən birində idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
131 milyon dollarlıq kokain ələ keçdi


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR