"Çox böyük problemlər var" - İcra başçısı qanunsuz tikililərdən danışdı

"Çox böyük problemlər var" - İcra başçısı qanunsuz tikililərdən danışdı
12:59 12 Mart 2019
28 Digər
Ölkə mətbuatı
A- A+

“Badamdar qəsəbəsində yol nişanları demək olar ki, yox səviyyəsindədir. Avtomobillər hər tərəfdən idarə olunur. Bu da insanların narazılığına gətirib çıxarır. Bizim Bakı Nəqliyyat Agentliyi ilə görüşlərimiz olub. Bakı Nəqliyyat Agentliyində Badamdar qəsəbəsində nəqliyyatın normal səviyyəyə gətirilməsi üçün bütün lazımi işlər görülür”.
 
ONA-nın məlumatına görə, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov deyib.
 
İcra başçısı bildirib ki, Badamdar qəsəbəsindəki III yaşayış massivində su və kanalizasiya çəkilişi işlərinin həyata keçirilməsinə görə “Azərsu” ASC-yə müraciət edilib: “Çünki biz istəyirik ki, artıq həmin ərazidə asfaltlama işlərinə başlanılsın. “Azərsu” ASC ilə danışıqlar gedir. Düşünürəm ki, yaxın 1 həftə-10 gün müddətində bizə cavab veriləcək. Əgər su və kanalizasiya sistemlərinin çəkilişinə başlansa, ondan sonra asfaltlama işlərinə başlanacaq”.
 
V.Zeynalov həmçinin qeyd edib ki, Badamdar qəsəbəsində qanunsuz tikililərlə bağlı çox böyük problemlər var: “Biz bu məsələ ilə də bağlı çox ciddi mübarizə aparırıq”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR