BMqT-nin Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başlayıb

BMqT-nin Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başlayıb
13:17 12 Mart 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Vladimir Georgiyev vəzifəsinin icrasına başlayıb.
Bu barədə "Report"a BMqT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. 
Qeyd edək ki, milli və qlobal səviyyələrdə satınalma siyasəti və sistemləri, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq, əməliyyatlar, nəqliyyat və yük logistikası, hüquq məsələləri, fəlakət riskinin azaldılması və ona hazırlıq, eləcə də miqrantların könüllü qayıdışı və inteqrasiyası proqramlarında 20 ildən artıq təcrübəyə sahibdir.
Bundan öncə Amman, Nayrobi və Skopye şəhərlərində satınalma və mülklərin idarə olunması üzrə BMqT mütəxəssisi kimi fəaliyyət göstərib. Təşkilata 1999-cu ildə qoşulan V.Georgiyev 2005-ci ilədək Şimalı Makedoniya və Şərqi Timorda əməliyyatlar, satınalma və proqram sahələrində müxtəlif vəzifələrdə çalışıb. 2005-2007-ci illərdə İndoneziyada logistika məmuru, 2007-ci ildən 2017-ci ilədək Manila İnzibati Mərkəzində (Filippin) BMqT-nin qlobal tədarük və təchizat bölməsinin rəhbəri olub. O, iqtisadiyyat elmləri üzrə magistr, iqtisadiyyat və mülki mühəndislik üzrə bakalavr dərəcəsinə sahibdir. Satınalma və Təchizat İnstitutundan ictimai satınalma üzrə beynəlxalq sertifikat əldə edib. İngilis, makedon və serb-xorvat dillərində sərbəst danışır.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bmqt-nin-azerbaycandaki-yeni-numayendesi-vezifesinin-icrasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR