Yəhudi alimlərdən İNANILMAZ İCAD: İKİNCİ DƏRİ... - VİDEO

Yəhudi alimlərdən İNANILMAZ İCAD: İKİNCİ DƏRİ... - VİDEO
13:48 12 Mart 2019
Ölkə mətbuatı
A- A+

İsraildə polimer dəri icad edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ağır dərəcəli yanıqların müalicəsində daha tənziflərdən və plastrdan istifadə olunmayacaq. İsrail alimləri yanıqların müalicəsi üçün yeni dərman hazırlayıb. Müalicə prosesində həkimlər sarğı əvəzinə innovasiyalardan istifadə edəcək. Belə ki, yanmış dəri üzərinə “İkinci dəri” adlanan sprey çilənir. Bu sprey nazik təbəqə şəklində yaranı örtür və bir müddət sonra dəri bərpa olunur. Yeni üsul xəstəni sarğıların dəyişdirilməsi zamanı yaşanan dözülməz ağrılardan xilas edir.

Bildirilir ki, bu kəşf yanıq müalicəsində tibbi inqilab ola bilər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/272391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR