Bakıda unudulmaz şou vəd edən Kərimcan Durmazın

Türkiyəli məşhur Dj Kərimcan Durmaz möhtəşəm şou proqram ilə Bakının qonağı olacaq.

Metbuat.az-ın məlumatına görə, konsert “Liatris Holding”in təşkilatçılığı ilə aprelin 19-da, saat 20:00-da “Elektra Events Hall”da baş tutacaq.

Bakı sakinlərinə unudulmaz şou vəd edən, səhnədə ukraynalı rəqqaslarla çıxış etməyə hazırlaşan K.Durmazın konsert biletləri də artıq satışdadır.

5 ildir paytaxtımıza gəlməyən Kərimcan Durmaz, çox həyəcanlı olduğunu və Bakını sevdiyini bildirib.

Biletləri şəhərin kassaları və iticket.az saytından əldə edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR