Dövlət Komitəsi 40 müəssisəyə lisenziya alınması üçün rəy verməkdən imtina edib

Dövlət Komitəsi 40 müəssisəyə lisenziya alınması üçün rəy verməkdən imtina edib
17:33 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda 40 müəssisədə olan çatışmazlıqlarla bağlı (ölçmə vasitələrinin yoxlamadan keçməməsi, şəraitin və avadanlıqların olmaması və s. səbəbindən) lisenziya alınması üçün rəy verilməsindən imtina edilib.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü il ərzində 820 müəssisəyə - yanacaqdoldurma məntəqəsi, maye-qaz doldurma məntəqəsi, alkoqollu içki istehsalı, əlvan metalların tədarükü, emalı, tibbi fəaliyyət və əczaçılıq fəaliyyətinə lisenziya alınması üçün rəy verilməsi ilə əlaqədar araşdırma aparılıb və müvafiq rəy hazırlanıb.

Hesabat dövründə 289 ədəd yeni ölçmə vasitəsinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının tipi təsdiq edilmiş standart nümunələrinin və ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilib.

Komitə yanında Dövlət Metrologiya Xidməti tərəfindən 2014-cü il ərzində Respublika ərazisində aparılan ölçmələrin nəticələrinin izlənilməsinin təmin edilməsi məqsədi ilə dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, fiziki kəmiyyət vahidlərinin müvafiq dövlət kəmiyyət vahidi etalonlarından işçi etalonlara ötürülməsi, həmçinin ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə bir sıra işlər yerinə yetirilib. Xidmətin laboratoriyalarında 206 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilib. Nəticədə müvafiq olaraq 203 ədəd kalibrlənmə sertifikatı və 3 ədəd yararsızlıq haqqında bildiriş verilib. Həmçinin Xidmətin Dövlət dozimetrik etalonları laboratoriyasında 484 ədəd ölçmə vasitəsi yoxlanılıb və 109 ədəd yararsızlıq haqqında bildiriş verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR