AQTA-dan quş qripi açıqlaması - Xəstəliyin törədicisi ...

AQTA-dan quş qripi açıqlaması -  Xəstəliyin törədicisi ...
16:49 12 Mart 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

 
Fevralın 25-dən martın 1-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı monitorinqlər həyata keçirilib.
 
 
AQTA-dan Lent.az-a verilən məlumata görə, Agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.
 
 
Quş qripi xəstəliyinə görə Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanaraq təhlil edilib,  habelə təsadüfi qaydada ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialı və qeyd edilən rayonlarda ölkəmizin ayrı-ayrı həyətyanı təsərrüfatlarından gətirilən 240 baş müxtəlif növ ev quşunun qan nümunələri toplanaraq materiallarla birlikdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. 
 
 
Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR